Bitki Mühafizə və Texniki Bitkilər ETİ

Elmi əməkdaşlıq əlaqələri


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Avstriyanın Beynəlxalq Atom Enerjisi Qurumunun (Vyana) xətti ilə pambıq toxumlarının Co60 elementi ilə şüalandırdıqdan sonra əkinlərin aparılması və seleksiya məqsədi ilə təsərrüfat qiymətli mutant xətlərin alınması əsas götürülmüşdür. Bu mutant xətlər keyfiyyətli lif çıxımına malik məhsuldar sortların alınmasında istifadə olunur.
İnstitutun Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, üzüm salxım yarpaqpükəni, alma meyvəyeyəni, pomidor güvəsi və s. qorxulu zərərvericilərlə effektli mübarizə üçün bioloji mübarizənin əsasını təşkil edən feromon tələlərin istehsalı məqsədi ilə Moldovalı alimlər ilə İnstitut alimləri birgə əməkdaşlığa başlamışdır. Bununla əlaqədar işlər İnstitutun Abşeron Təcrübə Stansiyasında icra olunur. Moldovalı iki mütəxəssisin iştirakı və metodiki tövsiyəsi ilə ötən ildən stansiyada feromon istehsalı başlamış, artıq xeyli sayda feromon tələlər hazırlanmışdır. İstixanalarda, meyvə və üzüm bağlarında, pambıq əkinlərində pambıq sovkası (Helicoverpa armigera), alma meyvəyeyəni (Cidia pomonella), üzüm salxımyarpaqbükəni (Lobesia botrana) zərərvericilərinin inkişafını nəzarətdə saxlamaq və mübarizə üçün feromonlu tələlər geniş imkanlar yaradır. Bu istiqamətdə işlər davam etdirilir.
Həmçinin, elmi əməkdaşlıq əlaqələri istiqamətində Milli Aviasiya Akademiyası, Genetik Ehtiyatlar İnstitutu ilə Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimləri tərəfindən pambıq toxumunun səpindən qabaq ozonlaşdırılması texnologiyası işlənib hazırlanmışdır.