Heyvandarlıq ETİ

Elmi əməkdaşlıq əlaqələri

2020-ci ildə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Rusiya Federasiyasının Ümumrusiya Heyvanların Genetikası və Damazlığı Elmi-Tədqiqat İnstitutu, Rusiya Federasiyasının Federal Dövlət Büdcə Elmi Müəssisəsinin Şimali Qafqaz Federal Elmi Aqrar Mərkəzi, Rusiya Federasiyasının Ümumrusiya Heyvanların Fiziologiyası, Biokimyası və Yemləməsi Elmi-Tədqiqat İnstitutu - akademik L.K.Ernst adına, Moldova Respublikasının Heyvandarlıq və Baytarlıq Biotexnologiyaları Elmi-Praktiki İnstitutu, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqavilə bağlanmışdır. Bundan başqa Türkiyənin TÜBİTAK MAM Gen Mühəndisliyi və Biotexnologiya İnstitutu ilə də ilkin danışıqlar aparılmışdır.