Elmi texniki şura

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Elmi-Texniki şuranın yaradılması haqqında

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin beynəlxalq elmi əlaqələrinin planlaşdırılması və koordinasiyası , elmi-praktik fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsi, elmi-tədqiqat işlərinin nəticələrinin müzakirə və təsdiq olunması, elmi kadrların hazırlanması və ixtisaslarının artırılması, işçilərin attestasiyasının keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilməsi "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"nin 18.8-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyaMərkəzində aşağıdakı tərkibdə Elmi-Texniki Şura yaradılsın:

Şuranın sədri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru

Şuranın üzvləri
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Aparatının Təlim və təhsil şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavinləri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi katibi (şuranın katibi)

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmin təşkili və koordinasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm və İnnovasiya Mərkəzinin Maliyyə, mühasibatlıq və təsərrüfat şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Meyvəçilik və çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Seleksiya və Toxumçuluq laboratoriyasının müdiri


2. Elmi Texniki Şuraya tapşırılsın:
2.1. mərkəzlə əlaqəli fəaliyyət göstərən elm müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edərək nəzəri və tətbiqi tədqiqatlarını əlaqələndirsin;
2.2. mərkəzin beynəlxalq elmi əlaqələrinin planlaşdırılmasını və onların həyata keçirilməsini koordinasiya etsin;
2.3. elmi-tədqiqat işlərinin nəticələrinin müvafiq sahələrdə tətbiq olunması üçün zəruri tədbirlər görsün;
2.4. mərkəzin elmi-tədqiqat institutularında və digər aidiyyəti struktur vahidlərində elmi-texniki kadrların attestasiyasının keçirilməsi ilə bağlı təkliflər versin;
2.5. görülən işlər barədə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinə məlumat versin;
2.6. bu əmrdən irəli gələn digər məsələləri həll etsin.
3.Aparatın Ümumi şöbəsi (Qumaş Həsənli) bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
4.Bu əmrin icrasına nəzarət nazir müavini Seyfəddin Talıbova tapşırılsın.

Əsas: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Elçin Zeynalovun 2019-cu il 5 fevral tarixli 31/M-05 nömrəli təhriri məruzəsi