Xəbərlər

Aqrar sahəyə gənclərin cəlb olunması məqsədilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda yuxarı sinif məktəb şagirdləri üçün təlim keçirilmişdir.

04.06.2019

        Təlimin məqsədi öz ixtisas seçimini edə bilməyən yuxarı sinif şagirdlərində aqrar sahəyə maraq oyatmaq, onları aqrar sahə üçün kadr hazırlığına cəlb etməkdən ibarətdir. Eyni zamanda təlimə Quba rayonu Zərdabi qəsəbəsi orta məktəbin 9 və 10-cu sinif şagirdləri dəvət olunmuş və onlara bitkilərin biotexnologiyasına aid məumatlar verilmişdir. Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova təlimin birinci hissəsində məktəblilərə bitkilərin biotexnologiyası, mikroklonal çoxaltma haqqında ümumi məlumat verdikdən sonra ikinci hissədə Biotexnologiya laboratoriyasında davam etmişdir. Burada məktəblilər bitkilərin in vitro kulturasına alma prosesində praktiki olaraq iştirak etmişdirlər.