Xəbərlər

Qusar DAİM-də təlim seminarı keçirildi

11.06.2019

10 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiq etdiyi iş planına əsasən Əkinçilik Elmi Tədqiqat institutunun şöbə müdiri Rasib Zeynalov Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisində tarla şəraitində taxılçılıqla məşğul olan 22 fermer və mütəxəssisin iştirakı ilə «Dənli (qarğıdalı ilə birlikdə) və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin, məhsul yığımının vaxtında, keyfiyyətlə yerinə etirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması» mövzusunda təlim keçirdi. Təlimdə Rasib Zeynalov dənli və dənli-paxlalı bitkilərin əkinlərindən yüksək və keyfiyyətli məhsul alınmasında aqrotexniki qaydalara əməl edilməsinin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri, üzvi və mineral gübrələrin əhəmiyyəti, torpağın qida maddələri ilə təmin olunmasıdan asılı olaraq veriləcək gübrə normalarının müəyyənləşdirilməsi, onların verilməsi qaydaları barədə geniş məlumat vermişdir. Eyni zamanda təlim iştirakçılarına məhsul yığımının vaxtında, itkisiz yerinə yetirilməsi üçün təhlükəsizlik qaydalarına əməl olunması tövsiyə olunmuşdur. Təlim çərçivəsində fermerləri maraqlandıran suallar ətraflı cavablandırılmış və mövzu ətrafında müzakirələr aparılmışdır.