Xəbərlər

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala DM-nin əməkdaşları Göyçay rayonunun Ərəbcəbirli kəndinin fermerlərinə praktiki seminar keçmişdir

12.06.2019

10 iyun 2019-cu il tarixində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala DM-nin əməkdaşları Göyçay rayonunun Ərəbcəbirli kəndinin fermerlərinə praktiki seminar keçmişdir. 10 iyun 2019-cu il tarixində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun Zaqatala Dayaq Məntəqəsinin əməkdaşları tərəfindən Göyçay rayonu Ərəbcəbirli kəndinin fermerləri ilə “Tumlu, qərzəkli və çəyirdəkli meyvə bitkilərinin becərilməsi” mövzusu üzrə praktik təlim keçirildi. Zaqatala DM-nin əməkdaşları Rəşad İbrahimov, Nərgiz Abdullayeva və İlqar Soltanov fermerlərə tumlu, qərzəkli və çəyirdəkli meyvə bitkilərinin sortları, onların becərilmə texnologiyası, o cümlədən intensiv və superintensiv tipli bağların salınması və onlara qulluq qaydaları haqqında ətraflı məlumat veriblər. 12 nəfər fermerin iştirak etdiyi təlim bağ sahələrində keçirilib, fermerlərin sualları ətraflı cavablandırılıb.