Nəşrlər

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat institutunda yeni kitab işıq üzü görüb

12.06.2019

Üzümçülük və Şəraçılıq Elmi-tədqiqat institutunda “Üzümün ampeloqrafik skrininqi” adlıkitab çapdan çıxıb. Kitab institutun “Ampeloqrafiya, seleksiya və tinglik” şöbəsinin müdiri, aqrar elmlər doktoru Vüqar Səlimov tərəfindən respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Kitabda üzümkimilər fəsiləsinin təsnifatı, cins və növlərin xarakteristikası, üzümçülükdə sortöyrənmə və ampeloqrafik tədqiqatların mahiyyəti, dünyadakı üzüm kolleksiyalarının yaranma tarixi, fəaliyyəti və əhəmiyyəti, seleksiya və ampeloqrafik tədqiqatların istiqamətləri, üzümün morfologiyası, anatomiyası, biologiyası, fiziologiyası, üzüm sortlarının ampeloqrafik xüsusiyyətlərinin (botaniki, aqrobioloji, təsərrüfat-texnoloji, təsnifat) öyrənilmə üsulları, ampeloqrafik xüsusiyyət və əlamətlərinin OIV-nin beynəlxalq deskriptorları əsasında rəqəmsal kodlaşdırma üsulları, fenoloji mərhələləri və onların BBCH identifikasiya işarələri, perspektivliyin qiymətləndirilməsinin yeni modeli, interaktiv ampeloqrafiyanın  nəzəri məsələləri müasir elmi nailiyyətlər əsasında şərh olunur. Üzüm sort və formalarının ampeloqrafik əlamətlərinin öyrənilməsi, qiymətləndirilməsi və təsvirinin klassik və müasir metodları ətraflı şərh edilir. Dünyada üzümün ampeloqrafik və fenotipik əlamət və xüsusiyyətlərinin öyrənilməsində geniş istifadə edilən Beynəlxalq Təşlilatların (OIV, Bioversity İnternational, COST, BBCH və s.) müasir protokol və metodikaları verilmişdir ki, bu da üzüm bitkisinin öyrənilməsində müasir üsulların əlçatanlığını təmin edir, onların mənimsənilməsinə və tətbiqinə geniş imkanlar yaradır.

Kitab ampeloqraflar, aqrotexniklər, seleksiyaçılar, entomoloqlar, fitopatoloqlar, enoloqlar, həvəskar üzümçülər, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan tələbələr, magistrlər, doktorantlar və elmi işçilər üçün nəzərdə tutulmuşdur.