Xəbərlər

Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının artırılması sahəsində anlaşma memorandumu imzalanıb

07.11.2019
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 
İnstitutun direktoru Elmar Allahverdiyev bildirib ki, tərəflər arasında ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şarait yaratmaq məqsədilə beynalxalq standartlar üzrə bilik mübadiləsinin aparılması, beynəlxalq tələlərə cavab verən ekoloji təmiz məhsul yetişdirlməsi üçün tədbirlər planı hazırlamaq, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, ixrac potensialı, eləcədə coğrafiyasının genişləndirilməsi istiqamətində birgə işlərin yerinə yetirilməsi sahələrində birgə işlər görüləcək.   
“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi”nin sədr müavini Elçin Əkbərov deyib ki, elmi təminatın qurulması ilə yanaşı birgə əməkdaşlıq sayəsində ekoloji təmiz məhsulların milli brendlərinin yaradılması, fermerlərdə  innovativ qabiliyyətlərin, bilik və bacarıqlarının artırılması istiqamətində layihələr həyata keçiriləcək. 
Ekoloji kənd təsərrüfatı sahəsində fermerlər arasında maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu deyən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli elmi-tədqiqat institutu ilə ictimai birlik arasında kadr hazırlığı sahəsində sıx əməkdaşlığın qurulmasının, xüsusilə gənc kadrların aqrobiznes sahələrində faaliyyət proseslərinə cəlb olunmasının vacib olduğunu bildirib. 
Qeyd olunub ki, ölkənin ixrac potensialının gücləndirilməsi məqsədi ilə dünya bazarının tələblərinə uyğun ekoloji təmiz toxum yetişdirmək istiqamətində əməkdaşlıq strategiyası, birlikdə xüsusi təlimlərin təşkili, elmi kadrların ixtisasının  artırılması  üçün  birgə proqramların təşkili həyata keçiriləcək.  Eyni zamanda, xaricdə və ölkə daxilində ekoloji təmiz kənd təsərrüfatı və aqrobiznesə dair təlim və seminarlarda  iştirak etmək məqsədi ilə qarşılıqlı məlumatlandırma işinin təmin edilməsinə dəstək veriləcək. 
Qarşılıqlı müzakirədə birgə əməkdaşlıqla bağlı fikir və təkliflər dinlənilib, kənd təsərrüfatının müxtəlif sahələri üzrə simpoziumlar, seminarlar, konfranslar, sərgilər haqqında məlumat mübadiləsi və mütəxəssislərin iştirakının təmin olunması qərara alınıb.