Xəbərlər

Aqrar elmin aktual problemləri və inkişaf perspektivləri mövzusunda onlayn konfrans keçirilib

30.07.2020

Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin və AMEA Gəncə bölməsinin birgə təşkilatçılığı ilə “Müasir aqrar elmin aktual problemləri və inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.
ADAU-nun rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, AEİM-in direktoru İmran Cümşüdov, AMEA Gəncə bölməsinin rəhbəri akademik Faud Əliyev və digər çıxışçılar dünyada və Azərbaycanda aqrar elmin inkişafı, aqrar sahəsinin elmi və kadr təminatı, elm və təhsil sahəsinə dövlət dəstəyinin prioritet istiqamətləri,
aqrar elm sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, potensialın artırılması və infrastruktur təminatının yaxşılaşdırılması, aqrar elm sahəsində innovativ texnologiyaların tətbiqi mövzularında çıxış ediblər.