Xəbərlər

Fermer və məhsul istehsalçılarının müasir suvarma sistemləri ilə tanış edilib

11.09.2020

Ağcabədi DAİM-in direktoru A.Süleymanov tərəfindən fermer və məhsul istehsalçıları ilə müasir suvarma sistemləri ilə tanışlıq məzmunlu görüş keçirilib. Görüşdə "Suvarma suyundan qənaətlə istifadə etməyin yolları, vahid sahədən yüksək məhsul əldə etmək, eyni zamanda torpaqların deqradasiyasının (şorlaşma və eroziyasının) qarşısını almaq üçün görülən tədbirlər” mövzusunda Ağcabədi rayon Hacıbədəlli kəndində 10 sentyabr 2020-ci ildə Ağcabədi DAİM-in, SSİ-nin, Subartezian idarəsinin mütəxəssislərinin və Hacıbədəlli, Pərioğullar, Cəfərbəyli və Ağabəyli kəndlərindən dəvət olunmuş 40 nəfər torpaq mülkiyyətçisinin iştirakı ilə sosial məsafə gözlənilməklə toplantı keçirilmişdir