Xəbərlər

“Elmi Tədqiqat İnstitutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əlaqələrin təşkili” mövzusunda onlayn videokonfrans keçirilib

15.10.2020

       Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Elmi Tədqiqat İnstitutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əlaqələrin təşkili” mövzusunda onlayn videokonfrans keçirilib.
      Sözügedən videokonfransda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Mərkəzinin direktor müavini Fərman Kərimov və şöbə müdiri Cavanşir Təlai, regional aqrar elm və innovasiya mərkəzlərinin və elmi tədqiqat institutlarının direktorları və digər əməkdaşları tərəfindən “Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi ilə əlaqədar elmi tədqiqat institutları ilə regional aqrar elm və innovasiya mərkəzləri arasında əməkdaşlığın təşkili” mövzusunda müzakirə həyata keçirilib. Eyni zamanda, təcrübə təsərrüfatlarında payızlıq əkinlərinin gedişi barədə məlumat verilib.
       Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Sahib Cabbarov isə çıxışında institutda yaradılmış yerli pambıq sortları, pambıqçılıq rayonlarında qoyulmuş nümayiş taralaları və fermerlərlə keçirilən seminarlar barədə iştirakçıları məlumatlandırıb.