Xəbərlər

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Virusologiya” şöbəsinin məlumatı

17.11.2020

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun “Virusologiya” şöbəsinin müdiri biol.üzrə f.d. Yusifova Kübra “Real-time CFX96 touch PZR sistemi” ilə şöbə işçilərini məlumatlandırıb. “Real-time CFX96 Touch PZR sistemi” reaksiya nəticələrini real vaxtda  yüksək sürətli həyata keçirən PZR cihazıdır. Eyni zamanda, şöbənin işçiləri blokun patentləşdirilmiş dizaynı ilə onun 6 kanallı detektorunun qarşısına qoyulan məsələni yüksək sürətlə həyata keçirilməsini təmin edən funksiyalar ilə də tanış olublar.  Şöbə müdiri daha sonra işçiləri Real-time CFX96 Touch PZR sistemin real vaxtda PZR-bir probirkada 5-ə qədər boyanın olduğunu; PZR nəticələrinin təhlili; alınan nəticələrin (sxemlərin) analizinin aparılması, PZR üçün optimal temperaturun seçilməsi, 125 μl-ə qədər böyük həcmli PZR reaksiyaları üçün eyni vaxtda 96 nümunənin analizi haqqında məlumatlar əldə ediblər.