Xəbərlər

Əkinçilik ET İnstitutu və “Moran Aqro” MMC şirkəti əməkdaşlıq çərçivəsində səpin həyata keçirib

19.11.2020

Elmi Tədqiqat İnstitutu “Moran Aqro” MMC şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq İsmayıllı rayonunda Əkinçilik ET İnstitutuna məxsus perspektiv yumşaq buğda və arpa sortlarının, həmçinin “Moran Aqro” şirkətinin təklif etdiyi xarici mənşəli yumşaq buğda və arpa sortlarının ilkin toxumçuluğu üzrə səpini həyata keçirilib. “Moran Agro” MMC-ə məxsus olan torpaq sahələrində institutun alimləri tərəfindən ilkin toxumçuluq və seleksiya pitomnikləri təşkil ediləcək. Bu pitomniklərdə yüksək reproduksiyalı toxumlar və “Moran Agro” ilə müştərək mövcud iqlim dəyişmələrinin müxtəlif təsirlərinə tab gətirə biləcək məhsuldar buğda və arpa sortları yetişdirilərək fermerlərə təqdim ediləcək.
Layihə çərçivəsində həmçinin nümayiş əkinləri təşkil ediləcəkdir ki, bu da öz növbəsində fermerlərə əkmək istədikləri sortları açıq tarla şəraitində seçim edə bilmək imkanı verəcək. Bu kimi layihələr yeni məhsuldar sortların yaradılmasına və xarici sortlardan asılılığın aradan qaldırlmasına xidmət edərək, ölkədə aqrar sahənin inkişafına müsbət təsirini göstərəcək.