Xəbərlər

Varroa gənəsinə qarşı mübarizə aparılması üsulları

25.12.2020

Varroa gənəsinə qarşı mübarizə ildə 4 dəfə aparılır: aprel, avqust, oktyabr-noyabr, və dekabr aylarında.
Ən birinci mübarizə aprel ayında aparılır. Bu dövrdə aparılacaq mübarizə kimyəvi mübarizə olmamalıdır, çünki bal dönəminə girilir, bal çəkiləcək və süzləcəkdir. Bu zaman tövsiyə olunur ki, efir yağlarından və ya texniki mübarizə üsullarından istifadə olunsun.
Əsas mübarizə avqust ayında bal süzüldükdən sonra aparılır. Bu iki-üç dəfə aparılmalıdır, çünki varroa gənəsinin ən çox inkişaf etdiyi dövr avqust ayı hesab olunur.
İkinci əsas dövr oktyabr-noyabr ayı ərzində aparılır. Bu dövrdə mübarizə üsulları müxtəlifdir – həm kimyəvi mübarizə, həm də təbii mübarizə üsulları var. Hələki ölkəmizdə təbii mübarizə üsulu sınaqdan keçməmişdir. Ancaq təcrübələr davam edir.
Bildiyimiz kimi 3 növ kimyəvi mübarizə üsulu vardır. Amitrozol, flumetrin, fluvalinat. Bunlar bütün arıçılar tərəfindən ən çox istifadə olunanlardır. Amitraz ən çox istifadə olunanlardan biridir, onun tərkibində bipin, teda var. Teda çox gözəl mübarizə üsuludur, qalıntısı çox azdır. Flumetrin pətəyin içərisinə yerləşdirən zaman tövsiyyə olunur ki, arılara yaxın məsafədə yerləşdirilsin., çünki o arılarla təmas vasitəsilə təsirli olur. Amitraz tərkibli lentlər isə tövsiyə olunur ki, arıların cəmləşdiyi istiqamətdən arxa istiqamətə yerləşdirilsin, çünki onun arılara təsiri ətri vasitəsilə olur. Amma flumetrin tərkibli lentlər tövsiyə olunur ki, ön tərəflərdə yerləşdirilsin. Tedadan da təsir eyni qaydada – ətir vasitəsilə olur, yandırıb arıların cəmləşdiyi yerin arxa hissəsinə atmaqla pətəyin içərisindəki varroa gənəsinə qarşı istifadə etmək olar.
Digər mübarizə dövrü isə dekabr ayıdır. Dekabr ayı profilaktikdir. Tövsiyə olunur ki, xarici ölkələrdə də istifadə olunan qucuqlar turşusu vasitəsilə mübarizə aparılsın. Bu mübarizə üsullarında bəzi qaydalara riayət etmək lazımdır: temperatur 0°-5°C arasında olmalıdır, arıların gücü 4-5 çərçivədə olmalıdır.
Varroa gənəsinin olub olmamağını yoxlamaq üsulları vardır. Şəkər tozu, spirt, qaynar su vasitəsilə pətəyin içərisində arılarda varroa olub olmamağı yoxlanılır. Yoxlanıldıqdan sonra varroa gənəsinin nisbəti 5%-dən aşağıdırsa, deməli varroa gənəsinə qarşı müvarizə aparmamaq olar. Amma digər hallarda mövsümi olaraq aprel, avqust, oktyabr-noyabr, dekabr aylarında mübarizə aparılmalıdır.