Xəbərlər

AEİM, ADAU və Əkinçilik ETİ ilə birgə Oklahoma Dövlət Universiteti arasında videoformatda görüş keçirilib

25.12.2020

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti də daxil olmaqla ABŞ-ın Oklahoma Dövlət Universitetinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin malıyyələşdirdiyi PSA Özəl Sektorun İnkişafı Layihəsinin nümayəndə heyətləri ilə videoformatda görüş keçirilib. Görüşün məqsədi dənli bitkilərin genetik əsaslarla yetişdirilməsi və Azərbaycanın iqlim şəraitinə uyğun sortların introduksiya olunaraq sınağının aparılması və seleksiyada istifadə üçün Oklahoma Dövlət Universiteti ilə Əkinçilik ETİ arasında mütəxəssis dəstəyi və birgə əməkdaşlıq imkanlarının araşdırılmasından ibarət olubdur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin malıyyələşdirdiyi PSA Özəl Sektorun İnkişafı Layihəsinin qrup üzvü Elşən Baloğlanov və AEİM-in direktor müavini Samir Süleymanov görüş iştirakçılarını təqdim etdikdən və görüşün məqsədini izah etdikdən sonra AEİM-in direktoru İmran Cümşüdov, ADAU-nun rektoru İbrahim Cəfərov və Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev qurumlar və onların vəzifələri haqqında məlumat verib və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Oklahoma Dövlət Universitetinin professorları Brett Karver və Robert Hanqer həyata keçirdiyi layihələr, iş prinsipləri, təcrübələri və elmi-tədqiqatlarda istifadə etdikləri genetik materiallar, habelə ABŞ-da yayılmış bitki xəstəlikləri haqqında qısa məlumat veriblər. Sual və cavablarla müşayiət olunan görüşün sonunda tərəflər hər iki tərəfi maraqlandıran məlumatların mübadiləsini həyata keçirdikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin köməyilə əməkdaşlıq haqqında razılaşma üzərində işləməyin vacibliyini vurğulayıblar.