Xəbərlər

Antibiotik təsirli bitkilərin və onların köklərinin quş xəstəliklərinə qarşı müalicə təsirinin öyrənilməsinə dair tədqiqat işləri həyata keçirilib

22.02.2021

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsinin müdiri, aqrar e.ü.f. doktoru M.M.Həsənov və şöbənin əməkdaşları “Quşların infeksion xəstəliklərinin epizootoloji monitorinqinin aparılması, səmərəli müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanması və tətbiqi” mövzusu üzrə tədqiqat işləri aparırlar. 2021-ci ilin yanvar-fevral aylarında Antibiotik təsirli bitkilərin və onların köklərinin quş xəstəliklərinə qarşı müalicə təsirinin öyrənilməsinə dair işlər yerinə yetirilir. Quşçuluqda yemləmə düzgün olmadıqda və istifadə edilən yemlər keyfiyyətsiz olduqda bir çox xəstəlik törədicilərinin, o cümlədən salmonellyozun, mikotoksikozların, kolibakteriozun, pasterellyozun və s. xəstəlik törədicilərinin yayılmasına səbəb olur. Bundan əlavə yem vasitəsilə mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılması təsdiq edilmişdir. Ona görə də yemlərin qeyd olunan xəstəlik törədicilərinə görə yoxlanması və biyan kökünün, amarant dəninin quşların yem payına əlavə edilməsi çox vacibdir.
Biyan kökündən dərman preparatları, ət və balıq məhsullarının konservləşdirilməsində və müalicəvi quş yemlərinin hazırlanmasında istifadə olunur. Biyan kökünün quşçuluqda mikoplazmanın, pasterellyozun, infeksion bronxitin və s. xəstəlik törədicilərin yayılmasının qarşısının alınmasnda da böyük əhəmiyyəti vardır. Belə ki, quşçuluqda biyan kökünün qüvvəli yemlə qarışığından istifadə edilməsi quşların məhsuldarlığına, məhsulun keyfiyyətinə və quşların inkişafına müsbət təsir göstərir. Amarant toxumlarının təkribində polidoymamış yağ turşularından eykozapentaen turşusu, dokozaheksaen turşusu və alfalinolen turşuları vardır. Amarant toxumlarında olan linolen turşusu immun sistemi möhkəmləndirir və məhsuldarlığı artırır.Tədqiqatlar göstərmişdir ki, amarant dənin mum yetişkənliyi fazasında xam proteinin miqdarı 25,1%, süpürgələrin əmələ gəlmə fazasında isə 18,3% təşkil etmişdir.Toxumlarda isə quru maddənin miqdarı 87,6% olduğu müəyyənləşdirilmişdir. Proteinin ən çox miqdarı bitkinin dənində 23,51%, həmçinin amarant toxumlarının tərkibində olan 19,96% linolen turşusu əzələləri dağıtmağa və piy qatını çoxaltmağa qadir olan kortizol stress hormonunun səviyyəsini azaldır. Nəticədə hüceyrələrə qidalandırıcı maddələrin nəqli yaxşılaşır, bu isə qidalandırıcı maddələrin daha asan mənimsənilməsinə imkan verir, kalsium balansını yaxşılaşdıraraq və sümük toxumasının sıxlığını artırır. Ona görə də yem rasionun həzməgediciliyini artırmaq üçün amarant dəni üyüdüldükdən sonra qüvvəli yemlə qarışdırılaraq ana toyuqlara verilməsi metodikaya uyğundur.Təcrübə BETİ-də yetişdirilən 10 baş ana toyuqlar üzərində aparılır. Birinci 20 gündə ana toyuqlar təsərrüfat yemi ilə yemləndiriləcək, 21-ci gündən isə qruplar üzrə tərtib edilmiş yem rasionu tətbiq olunacaq. Təqdim olunmuş məlumata əsasən amarant dəninin bütün göstəriciləri hər iki dən yeminin (buğda və arpa) göstəricilərindən, xüsusilə, protein, yağ və kül elementlərinə görə üstünlük təşkil edir.