Xəbərlər

“Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində İsmayıllı üzümçüləri üçün praktiki seminar keçirilib

23.02.2021

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Üzümçülük və Şərabçılıq ET İnstitutu, DAİM-lərlə birgə əmkdaşlıq çərçivəsində fermerlərə praktiki köməkliklər davam etdirilir.
KTN Aqrar Elm və İnnovasiya Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) birgə iştirakı ilə Şamaxı rayonunda aqroxidmətlərə, elmi-praktiki tövsiyələrə və innovativ becərmə texnologiyalarına ehtiyacı olan kiçik və orta həcmli fermer təsərrüfatlarında (3 fermer təsərrüfatı) cari ildə başlanılmış tarla seminarı mövsümi tədbirlərə uyğun olaraq davam etdirlilmişdir.
ÜŞETİ-nin əməkdaşları Vüqar Səlimov, Azər Şükürov, Mövlud Hüseynov və İsmayıllı DAİM-in əməkdaşı Paşa Məmmədovun iştirakı ilə İsmayıllı rayonu Kürdmaşı kəndində Nurlan Nağıyevin (5 ha), Quşencə kəndində Fuad Kərəmovun (3 ha), Qarakolluq kəndində Əli Əliyevin (2 ha) üzüm bağlarına qabaqcadan müəyyən olunmuş proqrama uyğun olaraq tarla şəraitində praktki aqrotexniki qulluq işlərinin tətbiqi qaydaları nümaiş etdirilmiş, proqram üzrə nəzərdə tutulan işlərin aqronomik qaydalara uyğun yerinə yetirilmə səviyyəsinə baxış keçirilmişdir.
Hazırda üzümçülükdə ən vacib aqrotexniki tədbirlərdən biri də quru budamadır. Bildiyimiz kimi, respublika ərazisində quru budama əsəsən yarpaqlar töküldükdən 15-20 gün sonra başlayıb, mart ayına kimi həyata keçirilə bilər. İştirakçılar üzüm bağlarında hazırda keçən ilki quru budmada ciddi nöqsanların olduğunu qeyd edərək, hər bir fermer təsərrüfatında bir neçə tənəkdə budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilmiş və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunmuşdur. Fermerlərə budama qaydalarını əks etdirən buklet və albomlar təqdim edilmişdir.
Tədbir çərçivəsində proqramın ardıcıllığına və mövsümə uyğun olaraq hər üç üzüm bağında cərgəaraları dərin şumlanmış, bitkiaraları alaq otlarından təmizlənərək, bellənmişdir.