Xəbərlər

“Üzümün müasir OİV protokolları əsasında ampelodeskriptor xüsusiyyətləri” mövzusunda seminar keçirilib

01.04.2021

Üzümçülük və Şərabçılıq ET İnstitutunda “Ampeloqrafiya, Seleksiya və Tinglik” şöbəsinin müdiri Afət Hüseynovanın “Üzümün müasir OİV protokolları əsasında ampelodeskriptor xüsusiyyətləri” mövzusunda seminarı keçirildi. Son dövrlərdə rəqəmsal qiymətləndirmə, Beynəlxalq komputer baza sisteminin sürətli inkişafı ilə əlaqədar olaraq sort və formalar haqqında daha yığcam, səmərəli, əlçatan rəqəmsal əlamətlər sisteminin yaradılması aktuallıq kəsb etdiyindən məruzəçi bu məslələr üzərindən çıxış etdi. Rəqəmsal qiymətləndimə cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir ki, bizim işimizdə də aparıcı üsüldur. Məhz bu yolla biz beyəlxalq bazada öz üzüm sortlarımızın tanınmasını, onların hansı deskriptorlarla qruplaşdığını, hansı xüsusiyyətlərlə ortaq nöqtədə birləşdiryini və fərqləndiyini nəzərə çatdıra bilirik.
Seminarda ilk öncə üzümdəki əlamətlərin dəyişkənlik (pollimorfizm) dərəcəsi, yüksəkdayanıqlı, azdəyişkən, güclü dəyişkən olmaqla səciyyələndirildi, morfoloji, bioloji, təsərrüfat-texnoloji xüsusiyyətləri sadalandı. Tənəyin ümumi quruluşu, ayrı-ayrı orqanları sadalandı, onların funksiyası haqda məlumat verildi və quru budama zamanı artıq zoğların kəsilməsi qaydası və tənəyə forma verilməsi üsülu rəngli fotoşəkillərlə nümayiş etdirildi. Daha sonra üzüm sortlarının təyin və təsvir edilməsində vacib rol oynayan orqanların, o cümlədən yarpağın ümumi quruluşundan başlayaraq, yaşıl cavan zoğlar, çiçək, salxım, gilə, toxum, odunlaşmış zoğ və s. haqqında məlumatlar Beynəlxalaq Üzüm və Şərab Təşkilatının (OİV) protokolları və qəbul edilmiş rəqəmsal sıralama şəklində çatdırıldı. Formalaşmış yarpağın ampelometriyası çoxlu sayda təqdim edilmiş fotoşəkillər və sxemlərlə nəzərə çatdırıldı. Sortların təyin edilməsi üçün müəyyənləşdirilmiş deskriptorlar bir-bir göstərildi. Yarpaqlarda ayanın səthinin rəngi, alt tükcüklərin hansı formada olması, hansı sortlarda tükcüklərə rast gəlinməsi, damarlarin quruluşu, dişciklərin kəsim forması, formalaşmış yarpaqda ayanın üst səthindəki əsas damarlardakı antosianla rənglənmənin əhatə etdiyi sahə və s. deskriptorlar haqqında danışıldı.
Nəzərə çatrdırıldı ki, Azərbaycanın hər bir yerıli üzüm sortunun ampelodeskriptor əlamətləri təsvir və tərtib edilərək yerli və xarici məlumat bazalarına yerləşdirilməlidir. Çünki, bunun vasitəsilə Azərbaycanın üzüm genofondunun zənginliyini, onların təbliği və təşviqini həyata keçirmək, mənimsənilməsinin qarşısının almaq, onların xüsuisyyətləri barədə məlumatları əlçatan etmək mümkündür.