Xəbərlər

Üzümçülük və Şərabçılıq ET İnstitutunun "İnteqrir mübarizə texnologiyaları" Ampeloqrafik kolleksiya bağında çürümə xəstəliyinə qarşı olan lazımi tədbirlərlərdan danışıb

28.04.2021

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq ET İnstitutunun ampeloqrafik üzüm bağında mövsümü aqrotexniki, aqrokimyəvi, proflaktiki bitki mühafizə, torpaq becərmə, ting əkini işləri davam etdirilir.
Təsərrüfatlarda zərərvericilərin qışlayan törədicilərinə qarşı kimyəvi mübarizə aparmaq üçün tənəklərə emusiyalaşdırılmış yağlardan (Hekvidor OİL 35-40 l/ha, VOLK-92 35-45 l/ha) və müvafiq insektisidlərdən (Poliqor 2,0-2,5 l/ha, Megaban 2,0-2,5 l/ha, Alban 2,0-2,5 l/ha və s.) istifadə müsbət nəticə verir. Bunu nəzərə alaraq institutun Abşeron Yardımçı Təcrübə Təsərrüfatınada tənəklərdə tumurcuqların açılmasından qabaq yuxarıda adı çəkilən proflaktiki kimyəvi mübarizə tədbiri həyata keçirilmişdir. Yarpaq töküləndən yazda tumurcuqlar şişənə qədər olan dövrdə ziyanvericilərin qışlayan törədicilərinə qarşı bir mübarizə tədbirinin aparılması vegetasiya dövründə aparılan mübarizə tədbirlərinin sayını 2-3 dəfə azaltmış olur. Həmçinin, payızda yarpaq tökülən dövrdə aparılan mübarizə tədbirləri ilk yazda tumurcuqlar şişənə qədər aparılan mübarizə tədbirlərindən daha səmərəli olur.
Xəstəlik törədicilərinin embrionları (göbələk sporları) qışlayan mərhələdə məhv edilməsi daha səmərəlidir. Bunun üçün sahəyə baxış keçirilməli sirayətlənmiş zoğlar kəsilib sahədən çıxarılaraq yandırılmalıdır. Xəstəliyə tutulmuş tənəklərdən əkin materialı hazırlamaq məsləhət görülmür.
Üzüm tənəyi çox vaxt antraknoza tutulur. Xəstəliyin nəticəsi olaraq yetişmiş zoğlarda “batıq”, yaxud çalaşəkilli yaralar əmələ gəlir. Antraknoza tutulmuş zoğları mütləq budayıb yandırmaq lazımdır. Xəstə salxımların da yığılıb yandırılması da məsləhət görülür.
Qış-ilkin yaz mövsümündə aparılan inteqrir mubarizə tədbirlərini əhəmiyyəti: Üzüm xəstəlikləri törədiciləri tənəyin mərhələlərinə uyğunlaşıb yaşayır, parazitlik edir. Xəstəlik törədicilərinin harda qışlamasını, yazda nə vaxt oyanmasını, vegetasiya müddətində hansı şəraitdə artıb çoxalmasını, əvvəl bitkinin hansı orqanlarını zədələnməsini və s. yaxşı bilməyən kənd təsərrüfatı mütəxəsisi heç vaxt aqrotexnikanı, kimyəvi-bioloji mübarizə tədbirlərini lazımi səviyyədə apara bilməz.
Buna misal olaraq üzümə çox ziyan vuran mildiu xəstəliyinin törədicisini göstərmək olar. Payızda soyuqlar düşəndən tumurcuqlar oyanana qədər parazitin qışlaması ancaq sirayətlənmiş yarpaqlarının toxumaları daxilində keçir. Yerə tökülən yarpaqlar şum zamanı bitki araları və cərgə araları bellənərkən torpağa basdırılmalı, parazitin qışlama mənbəyi məhv edilməlidir. Yarpaqları təmizləmək mümkün olmadıqda mütləq parazitin bu mənbəyini tənəyin nisbi sükunət dövründə məhv etmək üçün üzümlüklərdə torpağın üst səthi 2-3% nitrofen, 4-5%-li dəmir kuporosu məhlullarından biri ilə çilənməlidir.
Bir çox ev təsərrüfatları dərmanlardan istifadə etmədən üzümdən məhsul almaq istəsələr də, əksər hallarda bu mümükün olmur. Məhsul sonda çürüyərək itkiyə məruz qalır. Onlar bir tərəfdən haqlıdırlar. Hesab edirlər ki, kimyəvi preparatlar məhsulları zəhərləyir. Lakin Azərbaycan şəraitində, xüsusən də şpaler və çardaq becərmə sistemlərində kimyəvi çiləmələr aparmadan sağlam məhsul əldə etmək olmur. Amma qədim becərmə sistemi olan ağaclara dırmaşdırılmış şəkildə və xiyaban sistemində tənəklər hündürə qalxdığından və havalanma normal getdiyindən əksər illərdə tənəklər göbələk xəstəliklərinə tutulmurlar.