Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Tərəvəzçilik ET İnstitutunda keçirilən təlimdə iştirak etdilər

10.09.2019

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda “Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda təlim keçirdi. Təlimdə Əkinçilik ET, Tərəvəzçilik ET, Üzümçülük və Şərabçılıq ET İnstitutlarının əməkdaşları iştirak edirdilər. KTN əməkdaşı təlimçi Günel Ələkbərli Əbilli qeyd olunan mövzu üzrə bu qanunun tətbiq dairəsi, istifadə edilən anlayışlar, publik hüquqi şəxsin fəaliyyəti, publik hüquqi şəxsin yaradılması, publik hüquqi şəxsin hüquq qabiliyyəti, publik hüquqi şəxsin nizamnaməsi, publik hüquqi şəxsin əmlakı, idarəçilik, publik hüquqi şəxsin yenidən təşkili və ləğvi maddələri üzrə məsələlərə aydınlıq gətirdi. Sonra təlim iştirakçılarının sualları cavablandırıldı.