Baytarlıq ETİ

Baytarlıq Elmi-Tədqiqat İnstitutu

 

          Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2015-ci il 17 aprel  tarixli 109 nömrəli  qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu  yaradılmışdır.  

   Baytarlıq Elmi-Tədqiqat  İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət  Mərkəzinin tabeliyində fəaliyyət göstərir.

 BETİ-nin əsas məqsədi baytarlıq sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin, həmçinin respublikaya idxal edilən və ölkədə istehsal olunan heyvan xəstəliklərinin müalicəsi, profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması üçün istifadə olunan bütün  baytarlıq preparatlar, maddələr, materiallar, vitaminlər, premikslər, yemlər, yem əlavələri, heyvan orqanizminə  təsir edə bilən hər cür maddə, əşya və s. materialların  keyfiyyətinə nəzarət,  ekspertiza və sınaqlarının həyata keçirilməsindən ibarətdir.  

 İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması  və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizm ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respublikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nazarət,   5 salmonelyoz,  20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır.  İnstitut fermerlərə, sahibkarlara, xüsusilə də baytarlıq preparatlarını istehsal və idxal edən, onların alqı-satqısı ilə məşğul olan iş adamlarına faydalı təklif və məsləhət verməklə  hər cür köməklik göstərir.

İnstitutda 143 nəfər ştat vahidi olmaqla 4 inzibati idarəetmə  və 14 elmi-tədqiqat və baytarlıq preparatlarının keyfiyyətinə nəzarət işləri üzrə  şöbələr və onların nəzdində müxtəlif təyinatlı 24 laboratoriya fəaliyyət göstərir.  

İnstitut elmi mövzulаr plаnınа uyğun оlаrаq 4 prоblеmi əhаtə еdən işlər аpаrır.

1-ci prоblеm «Kənd Təsərrüfatı heyvanlarının və ev quşlarının infeksion xəstəliklərinin ekoloji-epizootoloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı kompleks mübarizə vasitələrinin axtarılması və mövcud üsullarının təkmilləşdirilməsi»  üzrə 1 mövzuyа dаir, 4  еlmi tədqiqаt işləri;

  2-ci prоblеm  «Heyvanların, quşların və balıqların baytarlıq sanitariyası, parazitar xəstəliklərinin ekoloji-epizootoloji vəziyyətinin öyrənilməsi və səmərəli müalicə profilaktika vasitələrinin işlənib hazırlanması»  2 mövzu üzrə, 8 еlmi tədqiqаt işləri;

3-cü problem  «Respublikada baytarlıq xidmətini  təkmilləşdirərək dünya standartlarına uyğun qurulması,  biopreparatların nəzarətində yüksək keyfiyyətli ştammların rolu» 3 mövzu üzrə, 3 еlmi tədqiqаt işləri;

 4-cü problem «Azərbaycan Respublikasında  bəzi infeksion xəstəliklərinin (quduzluq, quşların çiçək xəstəliyi, salmonellyoz, mikozlar) müalicə və profilaktikasında  istifadə olunan baytarlıq preparatlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi, yeni baytarlıq preparatlarının işlənib hazırlanması» 5 mövzu üzrə, 5 еlmi tədqiqаt işləri аpаrılır.

       Mövzulаrın icrаsındа  4 еlmlər dоktоru,  28 baytarlıq və biologiya  üzrə  fəlsəfə doktorları və  54 еlmi dərəcəsi  оlmаyаn еlmi işçilər - bаytаr həkimləri, biоlоqlаr  və kimyaçılar iştirаk еdirlər.

 Ünvan: İnstitut Bakı şəhəri, Binəqədi rayonu 8 mkr.

S.S.Axundov küçəsi 73c, 3123-cü məhəllə. Baytarlıq şəhərci