Bitki Mühafizə və Texniki Bitkilər ETİ

Bitki Mühafizə və Texniki Bitkilər  Elmi Tədqiqat İnstitutu

 

          Müəssisənın  yaradılması barədə məlumat: Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu (AzETBMİ) 22 yanvar 1959-cu il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 60 saylı  qərarı əsasında yaradılmışdır. Təkrar qeydiyyatı 14 avqust 1997- ci ildə aparılmışdır.

Ötən əsrin 50-ci illərindən başlayaraq kənd təsərrüfatında bitki mühafizəsinin elmi əsaslarla işlənib hazırlanmasına tələbat artırdı. Bu məqsədlə zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılmalı və mübarizə tədbirləri dəqiq olmalıdır. Keyfiyyətli və elmi əsaslarla  işlənən bitki mühafizə tədbirləri aparılmaqla məhsulu zərərverici, xəstəlik və alaq otlarının mənfi təsirindən qorumaq mümkündür. Bu zəruri səbəblərdən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutu yaradıldı. Hal-hazırda İnstitutda Abşeron Təcrübə Stansiyası, Xaçmaz Təcrübə Stansiyası, Ucar və Saatlı Dayaq məntəqəsi fəaliyyət göstərir.

Müəssisənin vəzifələri: Az.ETBMİ respublika ərazisində becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq və dekorativ bitkilərin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin öyrənilməsi, onların bioekoloji xüsüsiyyətlərinin dəqiqləşdirilməsi və zərərli növlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması ilə məşğuldur.

Hal-hazırda xəstəliklərə qarşı bioloji vasitələrin istehsalı, xüsusilə yeni fitonsidlərin, mikrob-antoqonistlərin, Trixoderma, Planriz biopreparatının  və s. hazırlanıb tətbiqi, zərərvericilərə qarşı БTБ, Baverin bioloji preparatların istifadəsi, 9 növ zərərvericiyə aid cinsi feromon tələlərin istifadəsi, brakon və parabüzən xeyirli həşaratlarının çoxaldılaraq sahələrə buraxılması və s. işi genişləndirilir.

Müəssisənin strukturu: İnstitut inzibati idarəetmə heyətindən, 12 şöbədən, 6 laboratoriyadan, 1 baza (institut daxili), 4 Təcrübə Stansiyasından, 2 Dayaq Məntəqəsindən və Gəncə Layihə Axtarış Kimyalaşma Stansiyasından ibarətdir.

Əldə olunan elmi nailiyyətlər.

Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda 2015-cü ildə mövzular planına uyğun olaraq 1 problem, 11 mövzu və 31 elmi-tədqiqat işi aparılır.

          1971-ci ildə instituta pambığın qorxulu xəstəliklərinə qarşı mübarizə məqsədi ilə hazırlanmış “BX” mikrobioloji preparatlarına görə attestat, 1975-ci ildə “AzRİN” mikrobioloji preparatının hazırlanmasına görə Müəlliflik şəhadət-naməsi təqdim edilmişdir.

İnstituta 1969-1985-ci illərdə SSRİ Nazirlər Sovetinin ixtira işləri və Kəşflər üzrə Dövlət Komitəsindən 25-dən artıq Müəlliflik şəhadətnaməsi, müstəqillik dövründə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən bitki mühafizəsinin müxtəlif sahələrindəki İxtira və yeniliklərə görə 15-ə qədər Patent sənədi verilmişdir.

İnstitutun təltifləri.

1978-ci ildə institut keçici Qırmızı Bayraq ordeninə, 1972 və 1987-ci illərdə respublika rəhbərliyinin Fəxri fərmanları ilə, 1984 və 1985-ci illərdə dövlət tərəfindən ixtira və yenilikçilik sahəsində yüksək nəticələrə görə Diplomlarla təltif olunmuşdur.

Ünvan: Azərbaycan Respublikası Gəncə şəhəri, Əziz Əliyev küçəsi 57, indeks: AZ 2000.