Əkinçilik ETİ-2019

                                                Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşlıq pespektivləri

Əkinçilik Elmi-Tədqiqat İnstitutu birgə tədqiqatların aparılması, institutun mandatına daxil olan bitkilərin genetik materiallarının mübadiləsi, kadr hazırlığı, müştərək milli, regional və beynəlxalq statuslu tədbirlərin keçirilməsində, Beynəlxalq mərkəzlərdən CIMMYT (Qarğıdalı və Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz)və ICARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi), Rusiya Federasiyasının P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı İnstitutu, N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutu (VİR) və onun Dərbənddəki Dağıstan filialı, Ümumrusiya ET Tütünçülük, Tənbəki və Tütün Məmulatları İnstitutu, Don Dövlət Aqrar Universiteti, V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Universiteti, Türkiyə Respublikasının Əskişəhərdəki  K/T Tədqiqatları İnstitutu, Sakaryadakı Qarğıdalı Tədqiqatları Mərkəzi, Şərqi Ağdəniz K/T Tədqiqatları İnstitutu ilə həmçinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Aqrokimya və Torpaqşünaslıq institutları, Milli Aviasiya Akademiyası, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu və s. ilə elmi əməkdaşlıq edir.