Əkinçilik ETİ-2019

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi nailiyyətləri    

       Cari ilin illik hesabatı dövründə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Mətin”, “Baba-75”, yumşaq buğda, “Göytəpə”, ”Zəngəzur” bərk buğda, “Nəzrin” noxud, və “Fəxri” qarğıdalı sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmiş və patentləşdirilmişdir. Hesabat ilində yumşaq buğdanın “Diabar”, “Oğuz”, “Duyğu”, “Romanna”, bərk buğdanın “Salvartı”, “Azər 8”, tritikalenin “Vüqar 76”, “Fidan”, qarğıdalının “Zaqatala 380/19”, yoncanın “Göyəzən” və soyanın “Mərcan” sortları rayonlaşma üçün      Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir.
2019-cu ildə yerli mətbuatda (qəzet və jurnal) 25, xarici mətbuatda 24 məqalə nəşr olunmuşdur. Konfrans və seminarlarda 47 nəfər iştirak etmişdir. Elmi əməkdaşların televiziya və radio ilə 27 dəfə çıxışları olmuşdur.
Əkinçilik ET İnstitutunun Elmi Əsərlər məcmuəsinin XXIX cildi capdan cıxmışdır, burada dərc olunan məqalələrin sayı 93 ədəd (institut üzrə 64 ədəd, kənardan daxil olunanlar isə 29 ədəd) təşkil edir. Əkinçilik ET İnstitutunun Elmi Əsərlər məcmuəsinin XXX cildi isə çapa hazırlanmaqdadır.