Meyvəçilik və Çayçılıq ETİ-2019

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi əməkdaşlıq pespektivləri

2019-cu ildə Rusiya Federasiyasının Ümumrusiya Gülçülük və Subtropik Bitkilər ET İnstitutu və Dağıstan ET Kənd Təsərrüfatı İnstitutu, Belarus ET Bağçılıq İnstitutu və Belarus Kənd Təsərrüfatı Akademiyası, İspaniyanın “Viveros Veron”, İngiltərənin “Meosis” şirkəti ilə bağlanmış müqavilələr əsasında meyvəçilik, tingçilik və elmi kadrların hazırlanması sahəsində elmi əməkdaşlıq əlaqələri müvəffəqiyyətlə davam etdirilmişdir.
Dağıstan Respublikasının Federal Aqrar Elm Mərkəzinin (FAEM) əməkdaşları - FAEM-nin direktoru Qasan Doqeyev, Dağıstan Meyvə Bitkilərinin Seleksiyası Təcrübə Stansiyasının direktoru Sadrutdin Battalov, RAEM-nin Meyvəçilik və Üzümçülük şöbəsinin müdiri Marat Karayev və Dağıstan Respublikasının Bağbanlar İttifaqının sədri Qazıaxmed Bukarov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olmuş, institutda aparılan tədqiqat işləri və yeni yaradılmış biotexnologiya laboratoriyası, eləcə də müasir üsulla tingyetişdirmə texnologiyası və bölgədə salınmış yeni intensiv tipli meyvə bağları ilə tanış olmuşlar. Institutumuzla elmi əməkdaşlıq müqaviləsi bağlayacaqlarını və Dağıstan Respublikasında bağçılığın yenidən qurulması işində Azərbaycan təcrübəsindən istifadə etməklə, birgə layihələr həyata keçirəcəklərini bildirmişlər.
04 mart 2019-cu il tarixində İspaniyanın Viveros Veron şirkətinin mütəxəssisi Xavyer De Pablo Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda salınmış sınaq sahəsinə baxış keçirmiş, institut  mütəxəsissləri ilə müzakirələr aparmış və şaftalı bitkisinin becərilməsi, daha doğrusu aqrotexniki qulluq qaydaları haqqında məsləhətlərini vermişdir.
03 aprel 2019-cu il tarixində İspaniyanın Viveros Veron şirkətinin mütəxəssisi Rikardo Molina Quilez Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutununa səfər etmiş, MÇETİ və Viveros Veron şirkətinin birgə həyata keçirdiyi İspan şaftalı sortlarının yerli torpaq və iqlim şəraitinə adaptasiyası və sort sınaq işləri üzrə müşahidələrin aparılması  ilə yerindəcə tanış olmuşdur. Yerinə yetirilən sınaq təcrübəsi işlərindən razı qaldığını bildirmişdir. O, sınaq səhəsinə baxış keçirdikdən sonra yerli mütəxəsisslə müzakirələr aparmış və şaftalı bitkisinin becərilməsində mövsüm xarakterli aqrotexniki qulluq qaydaları haqqında məsləhətlərini vermişdir.
15 aprel 2019-cu il tarixində İtaliyanın “Ferrero” şirkətinin Türkiyə və Qafqaz üzrə təmsilçisi Ersin Arısoy və şirkətin İtalyan mütəxəssisi Dominiko Monfiredi MÇETİ-da səfərdə oldular. Qonaqlar institutun direktoru İ.Qurbanov, Elmi işlər üzrə direktoru müavini V.Əliyev və İnformasiya və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri X.Cabbarovla fındıqçılıqda İtalyan texnologiyasının tətbiqi, bazar tələbinə uyğun məhsul istehsalında fındıq istehsalçılarına texniki dəstək imkanları barədə müzakirələr apardılar. Türk təmsilçisi Ersin Arısoy “Ferrero” şirkətinin Türk fındıq istehsalçılarları ilə əməkdaşlıq və onlara şirkət tərəfindən verilən texniki dəstək planlarından geniş məlumat verərək, Azərbaycanda da fındıq istehsalçılarına MÇETİ ilə birlikdə həmən texniki xidmətləri həyata keçirəcəklərini bildirmişdir.
Qonaqlar MÇETİ-nun Zərdabi adına ETB-də İtalyan texnologiyası əsasında təzə salınmış fındıq bağına baxış keçirilmiş, Xaçmaz rayonuna gedərək fındıq istehsalçıları ilə görüşmüşlər.
 17 aprel 2019-cu il tarixində “Ferero” şirkətinin mütəxəssisi D.Manfiredi MÇETİ-nin Qəbələ DM-də italyan texnologiyası əsasında salınmış yeni fındıq bağına baxış keçirmişdir. Xarici mütəxəssis MÇETİ, Ferrero və Gilan şirkətinin birgə layihəsi olan 2,0 ha nümayiş fındıq bağının tam qaydalara uyğun olaraq salındığını bildirərək, növbəti aqrotexniki  qulluq tədbirləri barədə məntəqə əməkdaşlarına ətraflı məlumat vermişdir.
24 aprel 2019-cu il tarixində İspaniyanın “Viveros Veron” şirkətinin rəhbəri Çus Veron və həmin şirkətin əməkdaşı Mariya Melqarez Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.  İnstitutun direktoru İlham Qurbanov Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) haqqında gələn qonaqlara ətraflı məlumat vermiş və qonaqlarla meyvəçilik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri üzrə müzakirələr aparmışdır. MÇETİ Zərdabi adına Elmi Təcrübə Bazasında yeni salınmış meyvə bağlarına və “Viveros Veron” şirkətinin birgə təşkilatçılığı ilə salınmış şaftalı sınaq bağına baxış keçirilmişdir.
8 May 2019-cu il tarixində İngiltərə şirkəti “Meiosis” LTD -nin nümayəndəsi Jermi Dorbi və Ukraynanın “Fruit Project” LLC-nin nümayəndəsi Tatyana Korennaya Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edərək institutun rəhbərliyi ilə görüşmüşlər.
“Meiosis” LTD -nin nümayəndəsi Jermi Dorbi ilk öncə İnstitut rəhbərliyinə yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Sonra o, öncədən bağlanılmış müqaviləyə əsasən İngiltərədən sınaq üçün göndərilən giləmeyvə sortları barədə ümumi məlumat almaq istədiyini bildirdi. İnstitutun elmi işlər üzrə direktor müavini Vahid Əliyev və elmi katib Zəminə Sərhədova sınağa qoyulan giləmeyvə sortları, onlarda aparılan illik müşahidə məlumatları və adaptasiya barəsində qonağa geniş məlumat verdilər. İnstitutun direktoru İ. Qurbanov Azərbaycana İngiltərədən introduksiya olunmuş giləməyvə sortlarının artırılması, əlavə olaraq yeni sortların gətirilərək artırılmasında maraqlı olduğunu bildirdi. Qonaq Jeremi Dorbi də eyni maraqda olduğunu bildirərək Azərbaycan və İngiltərə birgə müəssisəsinin yaradılmasını məqsədəuyğun hesab etdi.
13 may 2019-cu il tarixində İspaniyanın Viveros Veron şirkətinin əməkdaşları Xose Martin Çarles və Eloy Fontan İnstitutda olmuş, şaftalı bitkisinin becərilməsində mühüm aqrotexniki qulluq işləri barədə öz məsləhətlərini vermişlər. 
16 may 2019-cu il tarixində meyvəçilik üzrə müstəqil ekspert fransız Fabian Martel və özbək mütəxəssisi Şükrət Abrorov, “Qafqaz Fruit Conseil” şirkətinin bağçılıq üzrə məsləhətçiləri Pərviz Haktari, Rauf Bayramov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olmuşlar, gəlişin məqsədi institutla ilkin ümumi tanışlıq, MÇETİ ilə birgə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi olmuşdur. Qonaqlar institutda yaradılan infrastruktur imkanları yüksək dəyərləndirərək gələcəkdə öz müştərilərini bu imkanlardan - torpaq və bitki analizlərindən yararlana biləcəklərini bildirmişlər.
18 may 2019-cu il tarixində İtaliyanın “Ferrero” şirkətinin nümayəndəsi Dominiko Monfiredi növbəti dəfə MÇETİ-yə səfər etmiş, İnstitutla İtaliyanın “Ferero” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində institutun ərazisində salınmış nümayiş bağlarına baxış keçirmişlər. 
 “Ferrero” şirkəti ilə bağlanılmış müqavilə əsasında ölkəmizə Çifoni, Romano və Nokiano fındıq sortlarının 3 min ədəd köklü əkin materialı (tingi) intoduksiya edilərək, yerli Atababa sortu ilə birlikdə İtalyan texnologiya əsasında 9 ha sahədə yeni modern fındıq bağları salınmışdır. Salınmış 9 ha bağ sahəsinin 5 hektarı Xaçmaz rayonunda, özəl torpaq sahələrində, 2 hektarı Quba rayonunda, MÇETİ -nun Zərdabi ETB -da və 2 hektarı isə Qəbələ rayonunda, MÇETİ -nun Qəbələ Dayaq Məntəqəsində yerləşir.
 Qəbələ Dayaq Məntəqəsi ərazisində salınmış 2 ha nümayiş fındıq bağı İtalyanın “Ferrero”şirkəti, Gilan Holding və MÇETİ-nun birgə layihəsidir. Bu nümayiş bağlarında hər 3 rayondan və rayonları əhatə edən digər bölgələrdən olan fermerlər üçün yeni texnologiyanın üstünlükləri və iqtisadi səmərəliliyini aşılayan təlimlər həyata keçiriləcəkdir.
18 iyun 2019-cu il tarixində Fransanın “Dalival” şirkətinin meneceri cənab Frederic Michaud Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda rəsmi səfərdə olmuşdur. Görüş zamanı institutun direktoru İlham Qurbanov institutda görülən işlər, laboratoriyaların fəaliyyəti və institutun yeni layihələri haqqında gələn qonağa ətraflı məlumat verdi. O cümlədən, görüşdə superintensiv tipli meyvə bağlarının inkişaf perspektivləri müzakirə olundu.
11 iyul 2019-cu il tarixində Türkiyənin “Beta Sulama və Fidancılıq” şirkətinin idarə heyətinin sədri Gürsel Tanrıver Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olmuşdur. Görüşdə tumlu və çəyirdəkli meyvə bitkilərinin ting istehsalının birgə təşkili,  tinglərin satışı və ixracın təşkili perspektivləri  müzakirə edilmişdir. 
Qonaqlar institutda yaradılan infrastruktur imkanlarını yüksək dəyərləndirərək gələcəkdə birgə fəaliyyətin hər iki müəssisə üçün uğurlu olacağını bildiriblər.
Həmin gün İspaniyalı mütəxəssis cənab Xavyer De Pablo Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda olmuş, şaftalı bitkisinin sınaq sahəsinə baxış keçirmiş, əməkdaşlarımızla şaftalı bitkisinin yetişdirilməsində bəzi aqrotexniki qulluq qaydaları haqqında fikir mübadiləsi aparmışdır.
16 iyul 2019-cu il tarixində Ferrero şirkətinin nümayəndəsi Domeniko Manfredi İnstitutunun direktoru İlham Qurbanovla görüşmüş, görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə həyata keçiriləcək layihənin ilk planı müzakirə olunmuşdur. 
7 avqust 2019-cu il tarixində “Agro Food İnvestments” MMC-nin direktoru Məcnun Məmmədov,  “Grand Agro İnvitro” şirkətinin rəhbəri  Taleh Zeynalov  və   “Terra Verde”  şirkətinin nümayəndələri Conatan Spenser və Doron Nevo  İnstitutumuzda olmuşlar. 
Görüşdə “Agro Food İnvestments”, “Grand Agro İnvitro”  və  “Terra Verde” şirkətləri  ilə meyvəçilik və tingçilik sektorunda  qarşılıqlı tərəfdaşlığın genişlən-dirilməsi  üzrə müzakirə aparılmışdır.
15 avqust 2019-cu il tarixində Belarusiyanın Meyvəçilik Elmi Tədqiqat İnstitutunun  baş elmi işçisi cənab Soltan Hacıyev İnstitututda olmuş, institutun direktoru İlham Qurbanovla görüş zamanı elmi əməkdaşlığın daha da genişləndirilməsi yolları və birgə beynəlxalq layihələrdə iştirak məsələləri müzakirə edilnmişdir. 
23 sentyabr 2019-cu il tarixində Belarus Respublikasının Milli Elmlər Akademiyasının Meyvəçilik İnstitutunun Biotexnologiya şöbəsinin müdiri, kənd təsərrüfatı üzrə elmlər doktoru Natalya Kuxarçik, həmin institutun tumlu və qərzəkli meyvə bitkilərinin və üzümün genetik ehtiyatları laboratoriyasının müdiri, kənd təsərrüfatı üzrə elmlər doktoru Zoya Kozlovskaya Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda olumuşlar.
Səfərdə məqsəd institutun biotexnologiya laboratoriyasının əməkdaşları üçün bir həftəlik təlim proqramının təşkil olunmasıdır.
3 oktyabr 2019-cu il tarixində Fransa Respublikası, Luare Kənd Təsərrüfatı Palatasının nümayəndə heyəti Xavier Girard, Laurent Lejard və  Romain Dufer Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfərdə olmuşlar. Səfər zamanı meyvəçilik sahəsində gələcəkdə yeni layihələrin həyata keçirilməsinin mümkün-lüyü və fransız texnologiyasının ölkəmizdə tətbiqi haqqında  müzakirələr aparılmışdır.
4 oktyabr 2019-cu il tarixində BMT-nin qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver,  BMT-nin insan hüquqları komissarının ofis nümayəndəsi Patrisiya Varela  və  FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfərdə olmuşlar.
Görüş zamanı ölkəmizdə qadınların və gənclərin kənd təsərrüfatı sektorunda iştirakı, onların ölkədə həyata keçən kooperativləşdirmədə rolu müzakirə olunmuşdur.