Doktorantura

Doktorantura və dissertantura pilləsində təhsil

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzində kadr hazırlığı doktorantura və dissertantura yolu ilə fəlsəfə və elmlər doktorluğu proqramı üzrə həyata keçirilir.

Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyətlərini koordinasiya etdiyi Elmi-Tədqiqat İnstitutlarında, Azərbaycan Dövlət Aqrar Universitetində, Aqrar Tədqiqatlar Mərkəzində müxtəlif ixtisaslar üzrə “Seleksiya və toxumçuluq”, “Əkinçilik”,  “Bitkiçilik”,  “Ümumi əkinçilik”, “Meyvəçilik və üzümçülük”, “Bağçılıq”, “Bitkilərin mühafizəsi”, “Bitki fiziologiyası”, “Parazitologiya”, “Aqromühəndislik”, “Mikrobiologiya”, “Baytarlıq elmləri”, “Baytarlıq cərrahlığı”, “Baytarlıq mikrobiologiyası”, “Torpaqşünaslıq”, “Aqrokimya”, “Entomologiya”, “Fitopotologiya”,  “Qida məhsullarının texnologiyası”, “Botanika”, “Ümumi iqtisadiyyat”, “Mühasibat uçotu”, “Sahə iqtisadiyyatı” doktorantura və dissertantura pilləsində təhsil aparılır.

Doktoranturaya və dissertantura təhsil pilləsinə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş qəbul planına əsasən aparılır.

Doktorantura və dissertanturaya hazırlıq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.

Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi məsləhətçilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.

 

Doktorantura və dissertantura yolu ilə təhsil almaq istəyən şəxslərə şamil edilən tələblər.

 

“Fəlsəfə doktoru” proqramı üzrə:

  • ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi;
  • ixtisas uyğunluğu;
  • dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olması;
  • dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərin olması;
  • xarici dil bacarıqları.

 

Elmlər doktoru proqramı üzrə:  

  • “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi;
  • seçilən ixtisas üzrə pedaqoji stajı;
  • elmi və ya elmi-pedaqoji nailiyyətləri;
  • fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı;
  • yüksək səviyyədə xarici dil bacarıqları.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AEİM-in müvafiq İnstitutlarına, Aqrar Tədqiqatlar Mərkəzinə və Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim olunmalıdır:

- elmi müəssisənin direktorunun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər AEİM-in müvafiq İnstitutlarına, Aqrar Tədqiqatlar Mərkəzinə və Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim olunmalıdır:

- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər AEİM-in müvafiq İnstitutlarına, Aqrar Tədqiqatlar Mərkəzinə və Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim olunmalıdır:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.

Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AEİM-in müvafiq İnstitutlarına, Aqrar Tədqiqatlar Mərkəzinə və Azərbaycan Dövlət Aqrar Universitetinə təqdim olunmalıdır:

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.