Maliyyə və təsərrüfat şöbəsi

Səfər Hüseynov

şöbə müdiri

1965-ci ildə avqust ayının 1-də anadan olmuşdur.

1989-cu ildə Azərbaycan Mühəndis İnstitutunun İnşaat fakultəsini, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişdir.

2010-cu ildə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2017-ci ildə dosent elmi adı almışdır.

Azərbaycan Respublikası Prezidentinin 18.04.2012-ci il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

38 elmi məqalə, 4 tədris proqramı, 1 monoqrafiya, 1 dərslik və 1 metodik vəsaitin müəllifidir.